Modern.az

AFFA üç klubu CƏRİMƏLƏDİ

AFFA üç klubu CƏRİMƏLƏDİ

İdman

6 Dekabr 2023, 14:22

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqanın XV turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

 

“Sumqayıt”la oyunda 5 futbolçusu sarı vərəqə görən “Turan Tovuz” və “Sabah”la matçda 4 oyunçusu xəbərdarlıq alan “Kəpəz” klubları hərəyə 700 manat cərimə edilib.

 

Bundan başqa, “Qarabağ” – “Qəbələ” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün Ağdam klubu 800 manat cərimələnib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi