Modern.az

Millimizin başına Şenol Günəş gəlir - AFFA danışıqlar aparır

Millimizin başına Şenol Günəş gəlir - AFFA danışıqlar aparır

İdman

6 Dekabr 2023, 17:52

Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb.

 

Türkiyəli məşqçinin son komandası "Beşiktaş" olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib.

 

Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi