Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisində işləməyə hazır olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
"Hazırda Avstriyada dincəlirəm. Azərbaycan millisində çalışmaqdan qürur duyardım", - o deyib.
Şenol Güneş müəyyən insanlardan təklif gəldiyini və hələlik rəmi təklif gözlədiyini bildirib.
"Oturub ətraflı danışmaq lazımdır. Azərbaycan futbolu yüksəlişdədir. Milli komandanı çalışdırmaqdan qürur duyardım", - Şenol Güneş qeyd edib.
Türkiyəli məşqçinin son komandası "Beşiktaş" olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib.
Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb.