Modern.az

"Qarabağ"ın rəqibi yoldaşlıq matçında uduzdu

İdman

7 Dekabr 2023, 15:54

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçin "Hakken" klubu yoldaşlıq oyunu keçirib.

 

Modern.az xəbər verir ki, komanda Finlandiya təmsilçisi HİK-lə üz-üzə gəlib.

 

Qarşılaşma İsveç klubunun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

"Qarabağ" H qrupunda sonuncu matçını məhz "Hakken"ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda reallaşacaq görüş saat 21:45-də start götürəcək.

 

Qeyd edək ki, Almaniyanın "Bayer 04" klubu 15 xalla liderdir. "Köhlən atlar" 7 xalla ikinci, eyni xala malik Norveçin "Molde" kollektivi üçüncü pillədə qərarlaşıb. Xalsız olan "Hakken" isə sonuncudur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi