Modern.az

Şahruddin “Qalatasaray”a qarşı oynadı, komandası uduzdu

Şahruddin “Qalatasaray”a qarşı oynadı, komandası uduzdu

İdman

9 Dekabr 2023, 08:52

Ötən axşam Türkiyə Superliqasında 15-ci tura start verilib.

Modern.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəlievin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Qalatasaray"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Şahruddin sözügedən görüşdə start heyətdə yer alıb və sonadək oynayıb.

"Qalatasaray" hazırda 40 xalla 1-ci, "Adana Demirspor" isə 23 xalla 5-ci pillədə qərarlaşıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi