Modern.az

Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

9 Dekabr 2023, 19:18

İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirində daha 3 turun partiyaları keçirilib.

 

Turnirin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda rapid üzrə IV turun ilk gedişini gənclər və idman naziri Fərid Qayıbov edib.

 

IV tur

 

Arjun Eriqaisi (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan) 0-1

 

Yorden Van Forest (Niderland) - Rauf Məmmədov (Azərbaycan) 0-1

 

Riçard Rapport (Macarıstan) - Aydın Süleymanlı (Azərbaycan) 0,5-0,5

 

Boris Gelfand (İsrail)- Vidit Santoş (Hindistan) 0,5-0,5

 

Şəhriyar Məmmədyarov (Azərbaycan)- Nicat Abasov (Azərbaycan) 0,5-0,5

 

V tur

 

Nicat Abasov (Azərbaycan)-Arjun Eriqaisi (Hindistan) 0-1

 

Vidit Santoş (Hindistan)- Şəhriyar Məmmədyarov (Azərbaycan) 0-1

 

Aydın Süleymanlı (Azərbaycan)- Boris Gelfand (İsrail) 0,5-0,5

 

Rauf Məmmədov (Azərbaycan)-Riçard Rapport (Macarıstan) 0-1

 

Teymur Rəcəbov (Azərbaycan)- Yorden Van Forest (Niderland) 0-1

 

VI tur

 

Arjun Eriqaisi (Hindistan)-Yorden Van Forest (Niderland) 0,5-0,5

 

Riçard Rapport (Macarıstan)-Teymur Rəcəbov (Azərbaycan) 0,5-0,5

 

Boris Gelfand (İsrail) -Rauf Məmmədov (Azərbaycan) 1-0

 

Şəhriyar Məmmədyarov (Azərbaycan)-Aydın Süleymanlı (Azərbaycan) 0-1

 

Nicat Abasov (Azərbaycan) - Vidit Santoş (Hindistan) 0,5-0,5

 

Beləliklə, 6 turdan sonra üç şahmatçının eyni xalı var. Hərəyə 7 xal toplayan Arjun Eriqaisi, Nicat Abasov və Aydın Süleymanlı ilk üçlükdə qərarlaşıb. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vidit Santoş və Rauf Məmmədov 4-7-ci sıralarda yer alıb. Onların 6 xalı var. Hərəyə 5 xalı olan Riçard Raport, Yorden Van Forest və Boris Gelfand turnir cədvəlinin son pillələrindədir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı