Modern.az

Millimizin futbolçusunun cəzası məlum oldu

Millimizin futbolçusunun cəzası məlum oldu

İdman

11 Dekabr 2023, 14:00

Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb.

 

Modern.az-ın məlumatına görə, buna səbəb onun Asiya Çempionlar Liqasında Çinin “Çjetszyan” klubu ilə keçirilən səfər oyunundan sonra dava-dalaşda iştirak etməsi olub.

 

Rəqib futbolçu ilə əlbəyaxa olan forvard Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib. Həmçinin onun iki komanda yoldaşı 6 matçlıq cəza alıb.

 

Qeyd edək ki, “Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi