Modern.az

“Qalatasaray” üçün kritik gecə - qalib gələ bilməsə...

“Qalatasaray” üçün kritik gecə - qalib gələ bilməsə...

İdman

12 Dekabr 2023, 09:58

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turuna start veriləcək.

Modern.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 matç keçiriləcək.

Türkiyənin "Qalatasaray" klubu səfərdə Danimarka "Kopenhagen"inin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Növbəti mərhələyə adlamaq üçün "Qalatasaray" rəqibini mütləq məğlub etməlidir.

Qeyd edək ki, ÇL-də artıq 12 komanda - "Arsenal", PSV, “Mançester Siti”, “Bavariya”, “İnter”, “Real Sosyedad”, “Real”, “Leyptsiq”, “Atletiko", “Barselona”, “Borussiya" (Dortmundo) və "Latsio" pley-offa vəsiqəni təmin edib.


A qrupu
 

00:00. "Kopenhagen" (Danimarka) - "Qalatasaray" (Türkiyə)

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya)


Xallar: "Bavariya" - 13, "Kopenhagen" - 5, "Qalatasaray" - 5, "Mançester Yunayted" - 4.


B qrupu
 

21:45. "Lans" (Fransa) - "Sevilya" (İspaniya)

21:45. PSV (Niderland) - "Arsenal" (İngiltərə)


Xallar: "Arsenal" - 12, PSV - 8, "Lans" - 5,"Sevilya" - 2


C qrupu


00:00. "Napoli" (İtaliya) - "Braqa" (Portuqaliya)

00:00. "Union" (Almaniya) - "Real" (İspaniya)


Xallar: "Real" - 15, "Napoli" - 7, "Braqa" - 4, "Union" - 2


D qrupu


00:00. "Zalsburq" (Avstriya) - "Benfika" (Portuqaliya)

00:00. "İnter" (İtaliya) - "Real Sosyedad" (İspaniya)


Xallar: "Real Sosyedad" - 11, "İnter" - 11, "Zalsburq" - 4, "Benfika" - 1.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi