Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti Faruk Koca saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
Məlumata görə, klubun prezidenti də daxil olmaqla 3 nəfər tutulub.
Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.