Modern.az

“Qarabağ”ın futbolçusu əməliyyat olundu

“Qarabağ”ın futbolçusu əməliyyat olundu

İdman

12 Dekabr 2023, 17:56

“Qarabağ”ın futbolçusu Kevin Medina əməliyyat olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

 

Klub rəsmisinin sözlərinə görə, sağ bud tendon vətəri qopan kolumbiyalı müdafiəçi bu gün Finlandiyada əməliyyat olunub. 30 yaşlı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

 

Qeyd edək ki, Kevin Medina UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə keçirilən oyunun (2:2) ikinci hissəsində zədələnərək əvəzlənmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi