Dünən matç zamanı hakimə yumruq zərbəsi endirib Türkiyənin "Ankaragücü" klubunun prezidenti Faruk Koca istefa verib.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Koca baş hakim Halil Umut Melerdən, onun ailəsindən, idman ictimaiyyətindən və xalqdan üzr istəyib.
Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" "Çaykur Rizespor" matçından sonra Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.