Modern.az

AFFA bu məşqçini futboldan kənarlaşdırdı

AFFA bu məşqçini futboldan kənarlaşdırdı

İdman

13 Dekabr 2023, 14:05

AFFA U-13 Liqasında çıxış edən “Baku Sportinq” komandasının məşqçisi Şamil Məmmədov sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi üçün futboldan 12 aylıq kənarlaşdırılıb.

 

Modern.az xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssisə cəzanın 6 ayını şərti olaraq tətbiq edib.

 

Cəzaya səbəb lisenziyası olmayan Əli Hüseynovun komandanın heyətində Roman Bayandurovun adından oyunlara çıxmasıdır.

 

O, konkret olaraq 9 oyunda mübarizə aparıb. Həmin qarşılaşmalarda “Baku Sportinq”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi