Modern.az

İdmançımız Dohada çempion oldu

İdmançımız Dohada çempion oldu

İdman

13 Dekabr 2023, 18:47

Azərbaycan millisinin üzvü Dadaş Dadaşbəyli Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri turnirinin qalibi olub.

 

Modern.az xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda bütün rəqiblərini qabaqlayıb.

 

Dadaşbəyli birdənqaldırmada 176 kq-ı ram edib və bu hərəkətdə birinci olub.

 

Təkanlaqaldırmada isə 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Toplam 388 (176+212) kq nəticə göstərən Dadaş yekun sıralamada da hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub.

 

Qeyd edək ki, II Qran-pri turnirində 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi