Modern.az

Hansısa kluba getməyi düşünmürəm - Qurban Qurbanov

Hansısa kluba getməyi düşünmürəm - Qurban Qurbanov

15 Dekabr 2023, 07:36

"Bu gün hansısa kluba getmək barədə düşünmürəm, “Qarabağ”a çox bağlıyam”.

 

Modern.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçin “Hakken” komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

 

51 yaşlı mütəxəssis “köhlən atlar”da qalmaq və uğurlar əldə etmək istədiyini vurğulayıb:

 

“Sabah başımıza nə iş gələcəyini bilmirik. Ən böyük klublarda da dəyişiklik olur. Hələlik getməyi düşünmürəm. Böyük bir şey baş verməsə, buradayam”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi