Modern.az

\"Liverpul\"-\"Mançester Yunayted\" matçı qolsuz başa çatdı 

\

17 Dekabr 2023, 23:41

Futbol üzrə İngiltərə Premyer Liqasında XVII turun daha dörd oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Liverpul" və "Mançester Yunayted" komandaları üz-üzə gəliblər.

 

"Enfild" stadionunda oynanılan matçda qalib müəyyənləşməyib. Tərəflərin çoxsaylı səylərinə baxmayaraq, qapılara qol vurulmayıb. 90+4-cü dəqiqədə qonaqların müdafiəçisi Dieqo Dalot ikinci sarı vərəqəni görərək meydandan qovulub.

 

Bu nəticədən sonra xallarını 38-ə çatdıran "Liverpul" ikinci pilləyə yüksəlib. 28 xalı olan "Mançester Yunayted" isə yeddincidir.

 

Günün digər oyunlarında "Arsenal" "Brayton"a 2:0, "Aston Villa" "Brentford"a 2:1, "Vest Hem" isə "Vulverhempton"a 3:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, XVII turun "Bornmut" - "Luton" matçı qonaq komandanın kapitanı Tom Lokyerin meydanda infarkt keçirməsi səbəbindən təxirə salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi