Bu gün Misli Premyer Liqasında XVII tura yekun vurulub.
Modern.az xəbər verir ki, turun son günündə bir matç baş tutub.
Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi” Azərbaycan derbisinə çıxıb. Qış çempionluğunu təmin edən Qurban Qurbanovun yetirmələri 2:0 hesabla rəqibini məğlub edib.
Xallarının sayını 38-ə çatdıran Ağdam klubu liderliyini möhkəmlədib. Adrian Mutunun çalışdırdığı bakılılar isə 25 xalla beşinci pillədə qalıblar.