Modern.az

\"Real\"ın müdafiəçisi zədələndi

\

19 Dekabr 2023, 17:56

"Real"ın müdafiəçisi Ferlan Mendi zədələnib.

 

Modern.az "The Atletic"ə istinadən xəbər verir ki, o, La Liqanın 17-ci turunda "Vilyarreal"la oyunda sıradan çıxıb. 28 yaşlı futbolçu növbəti turda "Alaves"lə matçı buraxacaq. Fransalı oyunçu zədə səbəbindən təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

 

Həmçinin Dani Karvahal da 18-ci turun oyununda iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, "Alaves" - "Real" görüşü dekabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi