Modern.az

Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

20 Dekabr 2023, 10:42

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, ilk olaraq meydana “Səbail” və “Şamaxı” komandaları çıxacaqlar. “ASCO Arena”dakı görüş saat 14:00-da start götürəcək.

 

Günün digər oyununda isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Saat 17:00-da başlayacaq qarşılaşma Zirə Olimpiya İdman Kompleksində keçiriləcək.

 

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” komandaları növbəti raunda adlayıblar. Mərhələnin son iki oyunu dekabrın 21-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi