Türkiyədə daha bir futbol hakimi döyülüb.
Modern.az Türkiyə mətbuata istinadən xəbər verir ki, hadisə Birinci Həvəskar Liqada baş verib.
"Kumçatıspor" klubunun oyunçuları "Cizre Diclespor"la qarşılaşmada hakimlərə, ardından isə rəqib futbolçulara hücum ediblər.
Nəticədə köməkçi hakim Veysel Samsakın burnu qırılıb. Azarkeşlər isə "Cizre Diclespor"un avtbobuna hücum çəkiblər.
Qeyd edək ki, daha əvvəl Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
Şırnak'ta 1'inci Amatör Lig'de Kumçatıspor oyuncuları, Cizre Diclespor karşılaşmasında önce hakemlere, ardından rakip takımın oyuncularına saldırdı.
— Fotomaç (@fotomac) December 19, 2023
Olaylarda yardımcı hakem Veysel Samsak'ın burnu kırıldı. pic.twitter.com/DQ4ymqzJlT