Modern.az

"Zirə"dən əzmkar qələbə 

İdman

20 Dekabr 2023, 19:31

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci matçında “Zirə” “Turan Tovuz”u qəbul edib.

 

Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz klubunun heyətində 4-cü dəqiqədə Otto Con fərqlənib. “Qartallar”ın qollarını 82-ci dəqiqədə Filipe Paxtman, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurub.

 

“Zirə” 1/4 finalda bu gün “Şamaxı”nı mübarizədən kənarlaşdıran “Səbail”lə üz-üzə gələcək.

 

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” 1/4 finala vəsiqə qazanıblar. Bu raundun “Qarabağ” - MOİK və “Neftçi” - “Qaradağ Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi