Modern.az

Tarixi matçın qalibi: “Qarabağ” Xankəndidə mərhələ adladı

Tarixi matçın qalibi: “Qarabağ” Xankəndidə mərhələ adladı

İdman

21 Dekabr 2023, 16:02

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.

 

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

 

“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

 

***

15:12

Xankəndidə "Qarabağ" və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

 

Modern.az xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb.

 

***

14:52

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.

 

Modern.az xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

 

Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda 39-cu dəqiqədə zədələnərək Patrik Andrade ilə əvəzlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi