Modern.az

“Beşiktaş”ın baş məşqçisi İSTEFA VERDİ

“Beşiktaş”ın baş məşqçisi İSTEFA VERDİ

İdman

22 Dekabr 2023, 10:08

Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Rza Çalımbay istefa verib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə Superliqasının XVII turunda “Alanyaspor”a 1:3 hesablı məğlubiyyətdən sonra 60 yaşlı mütəxəssislə yollar ayrılıb.

 

“Qara qartallar” R. Çalımbayın rəhbərliyi altında 7 matçda 3 qələbə, 3 məğlubiyyət və 1 bərabərlik alıb.

 

Qeyd edək ki, İstanbul nəhəngi 16 turdan sonra topladığı 26 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi