Modern.az

Millimizin baş məşqçisi Türkiyə klublarından təklif aldı

Millimizin baş məşqçisi Türkiyə klublarından təklif aldı

İdman

28 Dekabr 2023, 11:20

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov yenidən Türkiyədə işləyə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, qardaş ölkənin bir neçə təmsilçisi 36 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

 

Lakin milli assosiasiyanın baş katibi çalışdırıcı ilə maraqlanan komandaların adlarını açıqlamayıb.

 

Qeyd edək ki, Siyasət Əsgərov bir neçə gün öncə öz istəyilə Türkiyənin “Fomget” klubundan ayrılıb. (AzərTac)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi