Modern.az

Hakimləri təhqir edən futbolçular cəzalandırıldı

Hakimləri təhqir edən futbolçular cəzalandırıldı

İdman

28 Dekabr 2023, 12:52

AFFA hakimləri təhqir edən 5 futbolçunun cəzasını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, bu cəzalar Region Liqası, Gənclər Liqası və U-17 Liqasında keçirilən oyunlardakı neqativ hallara görə verilib.

 

Region Liqasında “Lənkəran”dan Xalid Qasımzadə “Masallı” ilə, Gənclər Liqasında İCBFA-dan Emin Qurbanov “Neftçi” ilə, U-17 Liqasından “Araz Naxçıvan”dan isə Qurban Əliyev, Kazım Zülfüqarlı və Səid Bağırzadə Universal Football Academy ilə oyunda hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdikləri üçün 4 matçlıq diskvalifikasiyaya məruz qalıblar.

 

Region Liqasında çıxış edən “Lənkəran”ın digər oyunçusu Əli Məcidov isə “Masallı” ilə qarşılaşmada qeyri-etik ifadə və ya hərəkətə görə 3 oyunluq cəzalandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi