Modern.az

"Arsenal" və "Totenhem" məğlub oldu

İdman

29 Dekabr 2023, 07:55

Dekabrın 28-də futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış iki oyun keçirilib.

 

Modern.az xəbər verir ki, “Arsenal” öz meydanında “Vest-Hem”ə məğlub olaraq (0:2) liderliyə yüksəlmək imkanını əldən verib.

 

Günün digər oyunu isə daha məhsuldar olub. “Brayton” öz meydanında “Totenhem”i 4:2 hesabı ilə üstələyib.

 

Beləliklə, 19 turdan sonra “Liverpul” 42 xalla turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal geri qalan “Arsenal” ikincidir. Üçüncü pillədə qərarlaşan “Aston Villa”nın isə hesabında 39 xal var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi