Modern.az

“Qarabağ”ın Xankəndidəki oyun üçün hazırlanmış formaları satışa çıxarıldı

“Qarabağ”ın Xankəndidəki oyun üçün hazırlanmış formaları satışa çıxarıldı

İdman

29 Dekabr 2023, 13:02

“Qarabağ”ın Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda MOİK-ə qarşı keçirilmiş oyun üçün özəl hazırlanmış formaları satışa çıxarılıb.

 

Klubdan Modern.az-a verilən məlumata görə, tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən geyim dəstlərini Ağdam təmsilçisinin fan-şopundan əldə etmək olar.

 

Məhdud sayda – cəmi 100 ədəd hazırlanan formalar ağ, göy və qara rənglərdədir.

 

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilmiş ilk rəsmi futbol matçı kimi tarixə düşən görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanaraq 1/4 finalda “Sabah”a rəqib olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi