Modern.az

“Fənərbaxça” və “Qalatasaray” birgə məlumat yaydı

“Fənərbaxça” və “Qalatasaray” birgə məlumat yaydı

İdman

29 Dekabr 2023, 23:29

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında bu gün "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılması planlaşdırılan Türkiyə Superkuboku uğrunda oyun təxirə salınıb.

 

Modern.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) və hər iki klub birgə bəyanat yayıb.

 

Qeyd olunub ki, təşkilatçılıqdakı bəzi çatışmazlıqlar səbəbindən klublarla birgə qəbul olunan ortaq qərar nəticəsində qarşılaşma başqa tarixə keçirilib.

 

“Superkubok matçının təşkilində indiyədək göstərdiyi səylərə görə ev sahibi ölkənin Futbol Federasiyasına və müvafiq qurumlara təşəkkür edirik”, - bəyanatda vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi