Modern.az

"Napoli" və "İnter" heç-heçə etdi

İdman

30 Dekabr 2023, 10:00

Bu gün İtaliya A seriyasında 18-ci tura start verilib.

 

Modern.az xəbər verir ki, ilk gündə 4 görüş keçirilib.

 

Son çempion “Napoli” “Monza” ilə, "İnter" isə “Cenoa” ilə heç-heçə edib. “Fiorentina” evdə “Torino”ya, “Latsio” isə “Frozinone”yə qalib gəlib.

 

Qeyd edək ki, hazırda turnir cədvəlində "İnter" 45 xalla liderdir. "Fiorentina" 33 xalla 4-cü, "Napoli" 28 xalla 7-ci, "Latsio" 27 xalla 8-ci, "Torino" 24 xalla 10-cu, "Monza" 22 xalla 11-ci, "Cenoa" 20 xalla 13-cü, "Frozinone" isə 19 xalla 14-cüdür.

 

İtaliya A seriyası, 18-ci tur

 

29 dekabr

 

"Fiorentina" – "Torino" - 1:0

Qollar: Ranyeri, 83.

"Napoli" – "Monza" - 0:0

"Cenoa" – "İnter" - 1:1

Qollar: Draquşin, 45+7 – Arnautoviç, 42.

"Latsio" – "Frozinone" - 3:1

Qollar: Kastelyanos, 71, İsaksen, 72, Patrik, 84 – Soule, 57-pen.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi