Türkiyənin tanınmış siyasətçisi Sinan Oğan ləğv edilən "Qalatasaray"-"Fənərbağça" matçının Xankəndi şəhərində keçirilməsini təklif edib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb.
"Əgər xaricdə oynamaq istəyirsinizsə, Xankəndi stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşır...", - o yazıb.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində oynanılmalı olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb. Qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün "Yurtta Sulh, Cihanda Sulh" sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.