Modern.az

Türk azarkeşlərə müjdə - Arda Gülər meydana çıxır

Türk azarkeşlərə müjdə - Arda Gülər meydana çıxır

2 Yanvar 2024, 17:05

Türkiyəli gənc ulduz Arda Gülər nəhayət ​​aylar sonra ilk rəsmi matçına çıxmağa hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bildirib.

“Fənərbaxça” ilə 2 uğurlu mövsüm keçirdikdən sonra 20+10 milyon avro qarşılığında İspaniya La Liqa nəhəngi “Real Madrid”ə transfer olunan və bu transferlə dünya mətbuatında böyük səs-küy yaradan Arda Gülər ​​ aldığı zədələr səbəbiylə yaşıl meydandan uzaq düşmüşdü.

Futbolsevərlərin səbirsizliklə gözlədiyi xəbər zədə problemini aradan qaldıran və komanda ilə məşq etməyə tam hazır olan Arda Gülərdən də gəlib.

Arda Gülər “Real Madrid” ​​sabah axşam "Malyorka" ilə oynayacağı matçda meydana çıxa biləcək.

İtalyan çalışdırıcının Ardanı hələlik ilk 11-likdə deyil, oyunun son hissəsində istifadə etməyi planlaşdırdığı qeyd edilib.

Ançelotti "Santyaqo Bernabeu"da "Malyorka" ilə matçda Arda Gülərə vaxt vermək istədiyini bildirib.

İtalyan məşqçi, "Arda Gülər ​​hələ özünü “Real Madrid” azarkeşlərinə göstərməyib. Amma inanın ki, Arda Gülərin potensialı çox, çox böyükdür! Onun komandaya töhfəsi böyük olacaq. Həm də tələsməyə ehtiyac yoxdur. Arda Gülər ​​ çox gəncdir və gələcəyi parlaqdır", - Ançelotti deyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi