Modern.az

Millimiz ikinci oyunda da uduzdu

Millimiz ikinci oyunda da uduzdu

4 Yanvar 2024, 15:00

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

 

Modern.az-ın məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (11:25, 9:25, 20:25). Millimiz ilk matçında Estoniyaya eyni hesabla uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.

 

Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi