Modern.az

Ronaldoya Maradona mükafatı veriləcək

Ronaldoya Maradona mükafatı veriləcək

5 Yanvar 2024, 20:52

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə “euro-futbol.ru” portalı məlumat yayıb.

 

Forvard mükafatı 2023-cü il təqvim ilinin bombardiri kimi alacaq. 38 yaşlı portuqaliyalı 54 qola imza atıb. Ondan sonra hərəyə 52 qol vuran PSJ-nin hücumçusu Kilian Mbappe və "Bavariya"nın hücumçusu Harri Keyn gəlir.

 

Ronaldo mükafatı yanvarın 19-da Dubayda keçiriləcək “Globe Soccer Awards” mərasimində alacaq. O, beşqat “Qızıl top”un sahibidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi