Modern.az

Dördqat dünya çempionu vəfat etdi 

Dördqat dünya çempionu vəfat etdi 

6 Yanvar 2024, 08:39

Braziliyalı keçmiş futbolçu Mario Zaqallo 92 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun sosial media hesabında paylaşım edilib.

 

Ölümün səbəbi barədə məlumat verilməyib.

 

Zaqallo Braziliya millisinin hücumçusu və məşqçisi kimi dörd dəfə dünya çempionu olub.

 

Bir çox futbol mütəxəssisləri tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri hesab edilən Zaqallo 1970-ci ildə komandasına rəhbərlik edib.

 

Mario Zaqallo futbolçu kimi 1958 və 1962-ci illərdə dünya çempionu olub. 

 

Onun komandasına Pele, Jairzinyo, Roberto Rivelino və Tostao kimi futbolçular cəlb edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi