Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli ciddi zədə alıb.
Modern.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, hücumçu “Dinamo” ilə Sloveniyanın “Roqaşka” komandası arasında keçirilən oyun zamanı zədələnib. Emreli qarşılaşmanın 60-cı dəqiqəsində oyunu tərk edib.
Baş məşqçi Sergey Yakiroviç onun zədəsinin ciddi olduğunu açıqlayıb. Mütəxəssis forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu, bu üzdən uzun müddət kollektivdən kənarda qalacağını söyləyib.
Futbolçu ilə bağlı yekun qərarın tezliklə veriləcəyi qeyd olunur.