Modern.az

Rusiyalı idmançı 21 yaşında dünyasını dəyişib

Rusiyalı idmançı 21 yaşında dünyasını dəyişib

7 Yanvar 2024, 10:56

Rusiyalı idmançı Anastasiya Sereda 21 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Konkisürmə İttifaqı teleqram kanalında məlumat yayıb.

 

İdmançının şəxsi məşqçisi TASS-a bildirib ki, Anastasiya Sereda ölümündən 1 ay əvvəl Ufada yoluxucu xəstəlikdən müalicə üçün xəstəxanaya yerləşdirilib.

 

Anastasiya Sereda 30 mart 2003-cü ildə anadan olub. Yarışlarda o, Sankt-Peterburq və Mordoviyanı təmsil edib. 2019-cu ildə idmançı Rusiyada ilk altılığa daxil oldu. 2022-ci ildə estafet komandasının tərkibində Rusiya Kubokunu qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi