Modern.az

AFFA iclas çağırdı - Baş məşqçi vəzifəsinə təyinat olacaq

AFFA iclas çağırdı - Baş məşqçi vəzifəsinə təyinat olacaq

10 Yanvar 2024, 13:14

Yanvarın 11-də Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, saat 14:30-da başlanacaq toplantının gündəliyinə bəzi məsələlər daxil edilib.

 

Bunlar AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi