AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yaranıb.
Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bu səbəblə AFFA-nın İcraiyyə Komitəsinin yanvarın 11-də Gəncədə keçirilməli olan iclası təxirə salınıb.
Həmçinin, Gəncədə futbol akademiyasının açılışı da ləğv olunub. (apasport)