Modern.az

“Neftçi” Almaniya klubu ilə qarşılaşacaq 

 “Neftçi” Almaniya klubu ilə qarşılaşacaq 

10 Yanvar 2024, 18:25

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin növbəti rəqibi müəyyənləşib.

 

Klubdan Modern.az-a verilən məlumata görə, “ağ-qaralar” ikinci yoxlama oyununda Almaniyanın III Liqa təmsilçisi “Sportverein Valdhof” komandası ilə qarşılaşacaq.

 

Yanvarın 13-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk oyununda Türkiyənin “Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi