Modern.az

Cavid Qurbanov məşqçilərlə görüşdü

Cavid Qurbanov məşqçilərlə görüşdü

11 Yanvar 2024, 18:27

Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov məşqçilərlə görüş keçirib.

 

AAF-dan Modern.az-a verilən məlumata görə, toplantıda qurumun baş katibi Məhərrəm Sultanzadə və İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova da iştirak ediblər.

 

Görüşdə məşqçilərin təklifləri dinlənilib və müzakirə olunub. Həmçinin milli komandanın 2024-cü il üçün yeni məşqçi heyəti təqdim edilib:

 

Hakim İbrahimov - baş məşqçi

 

Nazim İsrafilov - ehtiyat üzrə baş məşqçi

 

Valentin Bulıçev - sprint üzrə böyük məşqçi

 

Ziyad Xəlfəyev - tullanmalar üzrə böyük məşqçi

 

Vüqar Ələsgərov - dözümlülük üzrə böyük məşqçi

 

Emil Şahtahtinski - atmalar üzrə böyük məşqçi

 

Anar Yusifov - regionlar üzrə böyük məşqçi

 

Rəhim Xəlilov - ehtiyat üzrə məşqçi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi