Modern.az

\"Qalatasaray\" heç-heçə ilə xal itirdi

\

11 Yanvar 2024, 20:24

Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, “Sivasspor” doğma meydanda "Qalatasaray"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

 

Matçda hesabı 45+1-ci dəqiqədə Kərəm Dəmirbay açıb. Meydan sahiblərinin heyətində isə 86-cı dəqiqədə Fode Koita fərqlənib. Qarşılaşmanın 90+7-ci dəqiqəsində Kərəm Aktürkoğlu qırmızı vərəqə alaraq "cim-bom"u azlıqda qoyub.

 

Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Qalatasaray" ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 50 xalla "Fənərbağça" rəhbərlik edir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi