Modern.az

Afrika Millətlər Kubokunun oyunları başlayır - QRUPLAR

Afrika Millətlər Kubokunun oyunları başlayır - QRUPLAR

13 Yanvar 2024, 15:31

Bu gün Kot-d`İvuarda Afrika Millətlər Kuboku start götürəcək.


Modern.az xəbər verir ki, turnirdə 24 komanda iştirak edəcək. Açılış matçında A qrupunda Kot-d`İvuar Qvineya-Bissau ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 

34-cü Afrika Millətlər Kubokunun oyunları fevralın 11-dək davam edəcək. 
 

Afrika Millətlər Kubokunun qalibi olan milli komanda 7 milyon dollar mükafat əldə edəcək. İkinci yeri tutan komanda isə 4 milyon dollar qazanacaq. Bu turnirin son çempionu Seneqal yığmasıdır.
 

Afrika Millətlər Kubokunda qrupların tərkibi belədir:
 

A qrupu: Kot-d`İvuar, Nigeriya, Ekvatorial Qvineya, Qvineya-Bissau
 

B qrupu: Misir, Qana, Kabo-Verde, Mozambik
 

C qrupu: Seneqal, Kamerun, Qvineya, Qambiya
 

D qrupu: Əlcəzair, Burkina Faso, Mavritaniya, Anqola
 

E qrupu: Tunis, Mali, Cənubi Afrika Respublikası, Namibiya
 

F qrupu: Mərakeş, Konqo Demokratik Respublikası, Zambiya, Tanzaniya

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi