Modern.az

"Qalatasaray"dan mühüm qələbə

İdman

16 Yanvar 2024, 00:38

Futbol üzrə Türkiyə Superliqasında XX tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.

 

Lider "Fənərbağça"nın ən yaxın izləyicisi "Qalatasaray" doğma meydanda "Kayserispor"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

 

Hesabı 26-cı dəqiqədə Viktor Nelson açıb. Qonaqlar 58-ci dəqiqədə Aylton Boa Mortenin qolu ilə tarazlığı bərpa ediblər. 86-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Dris Mertens meydan sahiblərinə çətin və vacib qələbə qazandırıb.

 

Bu qələbə ilə xallarını 51-ə çatdıran "Qalatasaray" ikinci pillədəki mövqeyini qoruyub. Lider "Fənərbağça"nın isə 53 xalı var.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi