Modern.az

"Qalatasaray"dan növbəti darmadağın

İdman

19 Yanvar 2024, 00:22

Yanvarın 18-də futbol üzrə Türkiyə kubokunun onaltıdabir final mərhələsində növbəti oyunlar keçirilib.

 

Modern.az xəbər verir ki, öz meydanında “Urmaniyəspor”u qəbul edən “Qalatasaray” rəqibini 4:1 hesabı ilə məğlub edib. “Cim-Bom”un heyətində B.Yılmaz, Tete, Bardakçı və Dervişoğlu fərqləniblər. Qonaqların təsəlli qoluna isə “Qalatasaray”dan B.Yılmaz imza atıb (öz qapısına).

 

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

 

“Trabzonspor” – “Manisa FK” – 3:1

 

“Konyaspor” – “Göztəpə” -2:1 (əlavə vaxtda)

 

“Sivasspor” – “Keçiörəngücü” – 3:2

 

“Kayserispor” – “Gənclərbirliyi” – 1:2.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi