Modern.az

İspaniyalı müdafiəçi Azərbaycandan təklif aldı

İspaniyalı müdafiəçi Azərbaycandan təklif aldı

İdman

22 Yanvar 2024, 13:02

İspaniyanın II Liqasında mübarizə aparan “Burqos” klubunun futbolçusu Kurro Sançes karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sequnda təmsilçisi ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq 28 yaşlı sağ cinah müdafiəçisi klublarımızın birindən təklif alıb.

 

İspaniyalı oyunçunun xidmətində Türkiyə, Yunanıstan və İngiltərə komandalarının da maraqlı olduğu bildirilib.

 

Qeyd edək ki, Kurro Sançes bu mövsüm Sequndada 23 matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi