Modern.az

Cüdoçularımız Avropa Kadet Kubokunda çıxış edəcəklər

Cüdoçularımız Avropa Kadet Kubokunda çıxış edəcəklər

İdman

22 Yanvar 2024, 13:30

Azərbaycan cüdoçuları Avropa Kadet Kubokunda çıxış edəcəklər.

Bu barədə Modern.az-a Azərbaycan millisinin məşqçisi Rüstəm Alimli məlumat verib.

Gənc mütəxəssis bildirib ki, yanvarın 16-19-da keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyində fərqlənən cüdoçular milliyə cəlb olunacaqlar. Hər çəki üzrə ilk üç yeri tutanlar yanvarın 29-da təlim-məşq toplanışına yığışacaqlar.

32 nəfərlik heyət martın 2-3-də Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa Kadet Kubokunda Azərbaycanı təmsil edəcək. Orada yüksək nəticə qazananlar isə Avropa və dünya çempionatları üçün milliyə cəlb olunacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi