Modern.az

"Qarabağ"dan növbəti qələbə

İdman

23 Yanvar 2024, 21:38

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun son oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib.

 

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 6-cı dəqiqədə avtoqol müəllifi olan Numan Kurdiç açıb. Abdulla Zubir 21-ci və 61-ci dəqiqələrdə fərqlənərək dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 71-ci dəqiqədə qonaqların heyətində Kadiri Mohamməd müəyyənləşdirib.

 

Turun əvvəlki oyunlarında “Sabah” “Neftçi” ilə, “Səbail” “Zirə” ilə qolsuz heç-heçə edib. “Kəpəz” “Turan Tovuz”a 2:1, "Sumqayıt" isə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Qarabağ" başçılıq edir. "Zirə" 30 xalla 2-ci, eyni xala malik "Sumqayıt" isə 3-cüdür. 29 xalı olan "Neftçi" dördüncü pillədə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi