Modern.az

“Qarabağ” Belarusda beynəlxalq turnirə qatılacaq

“Qarabağ” Belarusda beynəlxalq turnirə qatılacaq

İdman

26 Yanvar 2024, 11:40

“Qarabağ”ın U-15 komandası Belarusda “Bizim gələcəyimiz” adlı beynəlxalq turnirə qatılacaq.

 

Modern.az-ın məlumatına görə, Ağdam təmsilçisinin 2009-cu il təvəllüdlüləri fevralın 7-10-u aralığında Minskdə baş tutacaq turnirdə Belarus və Rusiyadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.

 

16 kollektivin 4 qrupa bölündüyü turnirdə “Qarabağ” yerli BATE, eyni zamanda Rusiyanın “Zvezda” və “Olimpik” komandaları ilə B qrupunda mübarizə aparacaq.

 

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala adlayacaqlar. Çempion kubokla, 2-3-cü yerlərin sahibləri isə medallarla təltif ediləcəklər. Həmçinin turnirin ən yaxşı futbolçularına mükafat təqdim ediləcək. Oyunlar hər hissəsi 20 dəqiqədən ibarət olacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın U-15 komandasına ötən gün Vüqar Əsgərli baş məşqçi təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi