Modern.az

"Qarabağ" "Kəpəz"lə, "Zirə" "Sabah"la üz-üzə gələcək

İdman

27 Yanvar 2024, 09:20

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.

Modern.az-ın məlumatına görə, ilk olaraq son çempion "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək. Ağdam təmsilçisi 44 xalla liderdir. Gəncə klubu 17 xalla 9-cu sıradadır.

 

Günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri 30 xalla ikinci, qonaqlar 23 xalla 8-ci pillədə qərarlaşıblar.

 

Azərbaycan Premyer Liqası

XX tur

 

15:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

 

17:30. “Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi