Modern.az

Doğum günündə “Real Madrid”ə qələbə qazandırdı

Doğum günündə “Real Madrid”ə qələbə qazandırdı

İdman

27 Yanvar 2024, 23:10

İspaniya La Liqasında XXII tura start verilib.

 

Modern.az xəbər verir ki, lider “Real Madrid” səfərdə “Las Palmas”la qarşılaşıb.

 

Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 53-cü dəqiqədə meydan sahiblərinin heyətində Xavi Munos açıb. Vinisius Junior 65-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. Matçda son nöqtəni 84-cü dəqiqədə doğum gününü qeyd edən Orelyen Çuameni qoyub.

 

Turun digər oyunlarında "Alaves" "Almeriya"nı 3:0 hesabı ilə məğlub edib. "Real Sosyedad" - "Rayo Vallekano" matçında isə qapılara qol vurulmayıb.

 

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Real Madrid" rəhbərlik edir. "Jirona" 52 xalla ikincidir. "Barselona" 44 xalla üçüncü, "Atletiko" ( Madrid ) isə 41 xalla dördüncü pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi