Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Modern.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” Masazırda “Sabah”ın qonağı olub.
Ağdam təmsilçisi rəqibini 7:1 hesabı ilə darmadağın edərək cavab matçı üçün “Sabah”a ümid yeri saxlamayıb.
Qeyd edək ki, 1/4 finalın cavab matçları 8-9 fevral tarixlərində oynanılacaq.